Yazını böyüt
Yazını kiçilt
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə olduğunu bildirib.
Hafta.az-ın xəbərinə görə, Prezident Zelenski rəsmi "Facebook" və "Twitter" hesablarında video paylaşıb.
“Mən burdayam. Biz silahlarımızı yerə qoymuruq. Biz ölkəmizi qoruyacağıq. Silahımız həqiqətimizdir. Həqiqətimiz isə torpağımız, ölkəmiz və övladlarımızdır. Biz onların hamısını müdafiə edəcəyik. Bu sadədir! Saxta xəbərlərə inanmayın! Yaşasın Ukrayna!”, - Volodimir Zelenski deyib.